Misli Premyer Liqasının ilk turunda baş tutacaq "Sumqayıt" – "Neftçi" qarşılaşması "SOCAR Polymer Arena"da keçiriləcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan yenilənmə işlərinə görə Misli Premyer Liqasının ilk turunda baş tutacaq "Sumqayıt" – "Neftçi" qarşılaşması "SOCAR Polymer Arena"da keçiriləcək.

Matc.az xəbər verir ki, bu barədə Sumqayıt klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, idman arenasında qazonun yenilənməsi prosesi davam etdiyi üçün komanda rəqibini doğma meydanda qəbul edə bilməyəcək. Bu səbəbdən çempionatın açılış oyununun məkanı dəyişdirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest