"Mançester Siti" "Lill"in yarımmüdafiəçisi Əyyub Buaddini heyətinə qatmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Mərakeş millisinin 18 yaşlı futbolçusu "şəhərlilər"lə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Buaddi 2027-ci ildə deyil, elə bu yay komandaya qoşulmaq istədiyi üçün "Mançester Siti" artıq "Lill" ilə danışıqlar aparır.

Ötən mövsüm Buaddi Liqa 1-də "Lill"in heyətində 30 matçda meydana çıxıb, həmçinin Mərakeş yığmasının heyətində 2026-cı il dünya çempionatı oyunlarında 5 qarşılaşmada forma geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest