"Aston Villa"nın idman direktoru Demyen Vidaqani İngiltərə klubunun "Bavariya"nın yarımmüdafiəçisi Joau Palinyanın transferində maraqlı olduğunu bildirib.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, tərəflər artıq Portuqaliya millisinin 31 yaşlı futbolçusunun mümkün keçidi ilə bağlı danışıqlar aparır. Bununla belə, hələlik qəti razılığın əldə olunmadığı qeyd edilir.
Portuqaliyalı futbolçunun xidmətində həmçinin "Sportinq" və "Benfika" da maraqlıdır, Münhen klubu isə Palinyanın qiymətini 25 milyon avro dəyərində qiymətləndirir.
Joau Palinyanın Almaniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Oyunçu ötən 2025/26 mövsümünü icarə əsasında "Tottenhem"də keçirib, buna görə də artıq Premyer Liqada çıxış etmək təcrübəsinə malikdir.
Futbolçunu transfer etmək fikrindən daşınan "Tottenhem"in heyətində o, 45 matçda meydana çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.













