"Əl-İttihad" klubunun "İnter"in Musa Diabi ilə bağlı ilk rəsmi təklifini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" telekanali məlumat yayıb.

Bildirilir ki, "İnter" 27 yaşlı vinger üçün 20 milyon avro ilə yanaşı, Kristyan Aslaninin transfer hüquqlarını Səudiyyə Ərəbistanı təmsilçisinə təklif edib.

Təklifin geri çevrilməsindən sonra Milan klubunun yeni bir şərtlə yenidən danışıqlara başlayacağı gözlənilir. Futbolçunun şəxsi maliyyə tələblərinin "İnter" üçün problem yaratmayacağı vurğulanır.

Diabi İtaliya komandasında mövsümə təxminən 6 milyon avro maaş almağa artıq razılıq verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest