"Bavariya"nın dayaq yarımmüdafiəçisi Joao Palinya Münhen klubunun məşqçilər heyətinin gələcək planlarına daxil deyil.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, 31 yaşlı portuqaliyalı futbolçu artıq bu yay "transfer pəncərəsi"ndə klubunu dəyişməyə hazırdır. "Bavariya"nın idman direktoru Maks Eberl daha əvvəl hansı oyunçuların komandadan göndərilmək riski ilə üz-üzə olduğunu açıqlamışdı.
Münhen təmsilçisinin portuqaliyalı yarımmüdafiəçi üçün 25 milyon avro qiymət qoyduğu bildirilir. Palinyanın xidmətində "Sportinq", "Benfika" və "Aston Villa" klubları yaxından maraqlanır.
Təcrübəli oyunçunun "Bavariya" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Ötən mövsüm icarə əsasında İngiltərənin "Tottenhem" klubunda çıxış edən Palinya, bütün turnirlərdə meydana çıxdığı 45 matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.













