Londonun "Arsenal" klubunun baş məşqçisi Mikel Arteta Dortmund "Borussiya"sına qarşı keçirilən yoxlama oyunundakı məğlubiyyəti (2:3) şərh edib.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" telekanalı məlumat yayıb.
"Məğlub olduq, bu isə təbii ki, bizi sevindirmir. Aydındır ki, vəziyyəti yaxşılaşdırmalıyıq. Bəzi oyunçulara daha çox oyun dəqiqəsi və ritm lazımdır, bu, çox faydalı olacaq. Yoxlama görüşü, sınaq matçı və ya adını nə qoyursunuzsa qoyun, məğlubiyyət adamı incitməlidir.
Amma bəli, biz hansı vəziyyətdə olduğumuzu bilirik. Bir çox futbolçumuzun hələ də çatışmadığını, həmçinin bəzi oyunçuların kifayət qədər məşq etmədiyini bilirik. Bəzən uduzmaq yaxşıdır.
Lakin bu, kollektiv məsuliyyətdir. Ona görə də əlimizdə olan oyunçularla birlikdə təkmilləşməliyik. Biz inkişaf etmək istəyirik və mütləq bunu edəcəyik", - Arteta açıqlamasında fryib.
Xatırladaq ki, avqustun 16-da Artetanın komandası İngiltərə Superkuboku uğrunda matçda "Mançester Siti" ilə qarşılaşacaq.













