09 Avqust 2026, 22:06
FUTBOL
Harri Keyn "Bavariya"da daha 3 il qala bilər.
Matc.az xəbər verir ki, İngiltərə millisinin hücumçusunun Münhen klubu ilə müqaviləsinin müddətini 2029-cu ilin yayına qədər uzadacağı gözlənilir.
Tərəflər arasında danışıqlar növbəti həftə başlayacaq. 33 yaşlı forvardın maaşında ciddi bir dəyişikliyin edilməsi nəzərdə tutulmayıb. Hazırda illik 21,5 milyon funt-sterlinq (25 milyon avro) maaş alan Keyn, Camal Musiala ilə birlikdə klubun ən çox qazanan iki futbolçusundan biridir.
Təcrübəli hücumçunun hazırkı müqaviləsi 2027-ci ilın yayına qədər qüvvədədir.













