09 Avqust 2026, 20:50
FUTBOL
"Qarabağ"ın zədəli futbolçusu Elvin Cəfərquliyevin durumuna aydınlıq gəlib.
"Qarabağ"ın zədəli futbolçusu Elvin Cəfərquliyevin durumuna aydınlıq gəlib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, futbolçunun MRT yoxlanışının nəticəsi bəlli olub. Onun sağlamlığında hansısa bir ciddi problem aşkarlanmayıb. Elvin hazırda komanda ilə birgə məşqlərini davam etdirir.
Xatırladaq ki, Elvin Cəfərquliyev Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın Ukrayna təmsilçisi "Dinamo" (Kiyev) ilə keçirdiyi ilk qarşılaşmada zədələnmişdi.













