09 Avqust 2026, 18:30
FUTBOL
"Mançester Yunayted" "Lester"in 18 yaşlı yarımmüdafiəçisi Luis Peycin transferi üzərində işləyir.
Matc.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.
Bildirilir ki, klublar arasında rəsmi danışıqlar davam edir. Gənc futbolçuya "Arsenal" və "Aston Villa" da ciddi maraq göstərir.
İngiltərənin U-20 millisinin üzvü olan Peyc ötən mövsüm Çempionşipdə "Lester"in heyətində 18 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.













