"Turan Tovuz" Azərbaycan milli komandasının üzvü ilə 1+1 illik müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son olaraq "Araz-Naxçıvan"ın formasını geyinən təcrübəli müdafiəçi karyerası ərzində "Neftçi", "Səbail", "Zirə", "Qarabağ", eləcə də Polşanın LKS Lodz və "Radomiak" klublarında çıxış edib.

Tərəflər arasında əldə olunmuş rəsmi razılığa əsasən, gələn mövsümlərdə o, Tovuz təmsilçisinin uğurları üçün mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest