09 Avqust 2026, 16:42
FUTBOL
"Atletiko"nun və Argentina millisinin vingeri Tyaqo Almada "River Pleyt"in futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqavilə 2029-cu ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub. Transfer məbləği rəsmən açıqlanmasa da, söhbət 20 milyon avrodan gedir.
Almada "Atletiko"da 2025-ci ildən çıxış edirdi. O, ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 40 oyunda 4 qol vurub.













