UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" – "Orhus" oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sabah" – "Orhus" oyunu öncəsi təşkil ediləcək açıq məşqlərin və mətbuat konfranslarının vaxtları bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sabah"ın oyun öncəsi mətbuat konfransı avqustun 10-da, saat 17:45-də Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının zalında baş tutacaq. Komanda ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə həmin gün saat 18:15-də "Sabah" Futbol Mərkəzində keçiriləcək.
"Orhus"un oyun öncəsi mətbuat konfransı avqustun 10-da saat 17:30-da, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi isə saat 18:00-da, “Bank Respublika Arena”da baş tutacaq.
"Sabah" – "Orhus" oyunu avqustun 11-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.













