09 Avqust 2026, 16:07
FUTBOL
İspaniyanın "Sevilya" klubu "Sirius"un şotlandiyalı hücumçusu Robbi Yurun transferini razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında 5 illik - 2031-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Bu keçid Əndəlüs təmsilçisinə 9,2 milyon avroya başa gələcək.
Futbolçunun bu həftə tibbi müayinədən keçmək üçün komandanın düşərgəsinə gələcəyi gözlənilir.
Qeyd edək ki, hücumçu 2025/2026 mövsümündə klub səviyyəsində 20 oyuna çıxıb, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.













