"Real"ın yarımmüdafiəçisi Tyaqo Pitarç komandada qalacaq və əsas heyətlə birgə çalışacaq.
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, bu qərarın verilməsində baş məşqçi Joze Mourinyo mühüm rol oynayıb. Portuqaliyalı mütəxəssis zədədən bərpa olunan 19 yaşlı yetirməsinin xidmətindən yararlanmağı planlaşdırır.
Pitarç "Kastilya"nın heyətinə daxil edilə bilər. Lakin o, birbaşa birinci komanda ilə məşq edib oynayacaq və əvəzedici heyətə göndərilməyəcək.
Futbolçuya digər klublardan, xüsusən də "Real"ın sabiq məşqçisi Alvaro Arbeloanın rəhbərlik etdiyi "Fulhem"dən ciddi təkliflər gəlsə də, gənc yarımmüdafiəçi Madriddə qalıb əsas heyət uğrunda mübarizə aparmağa üstünlük verib.
Mourinyo onu 4-2-3-1 taktiki sxemində meydanın mərkəzi üçün əsas variantlardan biri kimi nəzərdən keçirir.













