"Atalanta"nın hücumameyilli yarımmüdafiəçisi Daniel Maldini "Kalyari"nin futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Sardiniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, söhbət 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulan icarə müqaviləsindən gedir. İcarə haqqı 1 milyon avro təşkil edir.
Razılaşmaya, müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə, məcburi xarakter daşıyacaq 8 milyon avroluq satınalma variantı da daxil edilib.
Maldini "Atalanta"da 2025-ci ilin fevralından çıxış edirdi və indiyə qədər keçirdiyi 22 oyunda 3 qol vurub.
O, buna qədər "Milan", "Spetsiya", "Empoli" və "Montsa" klublarında oynayıb, İtaliya millisinin heyətində isə 6 matça çıxıb.
Daniel, milli komandanın baş məşqçisi postuna Andrea Pirlonu təyin etmək istəməsi ətrafında yaranan qalmaqala görə bu yaxınlarda İtaliya yığmasının texniki direktoru vəzifəsindən ayrılan "Milan"ın əfsanəvi sabiq kapitanı Paolo Maldininin oğludur.













