08 Avqust 2026, 21:50
FUTBOL
"Barselona"nın sabiq oyunçusu Serji Roberto "Los-Anceles Qalaksi"nin futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 34 yaşlı ispaniyalı yarımmüdafiəçinin keçidi azad agent statusu ilə baş tutub. Xavbek P-1 vizası alacağı təqdirdə, 2028/29 mövsümünə qədər uzadılma variantı ilə 30 iyun 2028-ci ilə qədər müqavilə imzalayıb.
Maliyyə təfərrüatları açıqlanmır. Bu yay Roberto son 2 mövsümü çıxış etdiyi İtaliyanın "Komo" klubunu azad agent statusu ilə tərk edib.
Serji daha çox "Barselona"dakı çıxışları ilə tanınır. Onun kataloniyalıların heyətində 373 oyunda 19 qolu və 43 məhsuldar ötürməsi var.













