Gələn mövsüm Çempionşipdə çıxış edəcək "Vest Hem" "Tottenhem"in vingeri Manor Solomonun transferini başa çatdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, klublar 27 yaşlı İsrail futbolçusunun keçidini razılaşdırıblar. Transfer məbləği sabit ödəniş şəklində 5 milyon funt-sterlinq təşkil edəcək, daha 2 milyon funt-sterlinqi isə "Tottenhem" bonuslar şəklində əldə edə biləcək.

Oyunçunun tibbi müayinsi avqustun 9-u bazar günü üçün planlaşdırılıb. Bundan sonra Solomonyeni klubu ilə müddəti 2030-cu ilin iyununa qədər uzadıla bilən 3 illik müqavilə imzalayacaq.

Solomon 2023-cü ilin yayında "Tottenhem"ə keçib, lakin London klubu üçün 2023/24 mövsümündə cəmi 6 rəsmi oyun keçirib. Bundan sonra o, "Lids", "Vilyarreal" və "Fiorentina"ya icarəyə göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest