Misli Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib.

Misli Premyer Liqasında yeni mövsümə hazırlığını davam etdirən “Neftçi” yoxlama oyunu keçirib.

Matc.az xəbər verir ki, "ağ-qaralar" I Liqa təmsilçisi “Şahdağ Qusar”la qarşılaşıb.

“Palms Sports” Futbol Mərkəzində baş tutan görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

22-ci dəqiqədə Rüfət Abbasovun cinah ötürməsindən sonra rəqib futbolçu topu başla öz qapısına göndərib. Bundan 17 dəqiqə sonra Freddi Varqasın ötürməsini Lyubomir Tupta qola çevirib. 63-cü dəqiqədə Varqas qol, Breno Almeyda assist müəllifi olub. Rəqibin qolu isə 81-ci dəqiqədə vurulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest