PSJ "Parma"nın və Yaponiya millisinin qapıçısı Dion Suzukinin transferini başa çatdırmağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, transferin dəyəri 36 milyon avro qiymətləndirilir. 23 yaşlı qapıçı ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanacaq.

Suzukinin "Parma" ilə mövcud sözləşməsi 2029-cu ilin iyun ayının sonuna qədərdir. "Transfermarkt" portalı onun dəyərini 30 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest