İngiltərənin "Çelsi" və İtaliyanın "Milan" klubları arasında keçirilən yoldaşlıq görüşü başa çatıb.
Matc.az xəbər verir ki, İndoneziyanın paytaxtı Cakarta şəhərindəki "Bunq Karno" stadionunda baş tutan oyunda londonlular 3:0 hesablı darmadağınla qələbə qazanıblar.
Matçın 45+2-ci dəqiqəsində Joao Pedro hesabı açaraq "Çelsi"ni önə keçirib, 46-cı dəqiqədə isə o, dublunu rəsmiləşdirib. Qarşılaşmanın 50-ci dəqiqəsində Moyses Kaysedo hesabı 3:0-a çatdırıb.
Qeyd edək ki, İngiltərə çempionatının ötən mövsümünün yekunlarına əsasən "Çelsi" 52 xal toplayaraq 10-cu yeri tutub və avrokuboklardan kənarda qalıb.
İtaliya A Seriyasının geridə qalan mövsümündə isə "Milan" 70 xal qazanaraq turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb və Çempionlar Liqasına vəsiqə əldə edə bilməyib.













