"Barselona"nın hücumçusu Ferran Torres PSJ-yə keçəcək.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, Fransa klubu son dünya çempionatının "Qızıl top" mükafatının sahibini təxminən 50 milyon avro məbləğində transfer haqqı qarşılığında heyətinə qatacaq.

Oyunçunun özü ilə artıq 4 illik müqavilə razılaşdırılıb. Tərəflər arasında danışıqlar bir neçə gündür ki, yaxın dost olan idman direktorları Deku və Luis Kampuşun səyləri nəticəsində aparılır.

Transferi avqustun 12-nə qədər başa çatdırılmağı planlaşdırlır. Məh

Ferran Torres 2022-ci ilin yanvarından "Mançester Siti"dən keçdiyi "Barselona"da çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest