"Midlsbro" "Mançester Yunayted"in çexiyalı qapıçısı Radek Vitekin komandaya keçdiyini elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümdə Radek Vitek icarə əsasında "Bristol Siti"də çıxış edib. Qapıçı bütün turnirlərdə 41 matçda iştirak edib, 54 qol buraxıb və 12 oyunda qapısını toxunulmaz saxlayıb.

"Transfermarkt" portalında futbolçunun dəyəri 6 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest