Yaxın vaxtlarda Kataloniya "Barselona"sını iki yarımmüdafiəçisi - Mark Kasado və Runi Barci tərk edəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Kasado komandanın mövsümöncəsi matçlarına getməyəcək. Onun transferi ilə bağlı təkliflər hazırda klub rəhbərliyi tərəfindən fəal şəkildə nəzərdən keçirilir.
2025/2026 mövsümündə ispaniyalı yarımmüdafiəçi klub səviyyəsində 34 matçda iştirak etsə də, meydana daha çox ehtiyat oyunçular skamyasından daxil olub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Həmçinin bu yaxınlarda məlum olub ki, 22 yaşlı yarımmüdafiəçi ilə İngiltərənin "Mançester Yunayted" klubu maraqlanır.
İsveçli oyunçu Barcinin vəziyyəti də analojidir. O da komandanın qarşıdakı yoxlama oyunlarına qoşulmayacaq. "Barselona" rəhbərliyi onun icarəyə verilməsi və ya tamamilə satılması variantlarını nəzərdən keçirir.
20 yaşlı futbolçu ötən ilin yayında Danimarkanın "Kopenhagen" klubundan 2,5 milyon avro qarşılığında Kataloniya kollektivinə keçmişdi. Bu müddət ərzində yarımmüdafiəçi "Barselona" forması ilə 28 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.













