"Real"ın hücumçusu Endrik karyerasını Premyer Liqada davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "DeadlineDay" idman nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçunun "Roc Nation" agentliyi onun Premyer Liqa klublarından birinə icarəyə verilməsi istiqamətində fəal iş aparır. İngiltərə çempionatına keçidin braziliyalıya daha çox oyun praktikası qazanmaqda kömək edəcəyi gözlənilir.
Xatırladaq ki, Endrik 2024-cü ilin yayında Madridə köçüb. Lakin o, "Real"ın əsas heyətinin daimi oyunçusuna çevrilə bilmədiyi üçün klub braziliyalını Fransanın "Lion" komandasına icarəyə verib və o, orada 21 matçda iştirak edib.
Gənc hücumçu 2025/2026 mövsümünün sonunda "Kral klubu"nun sərəncamına qayıdıb. O, La Liqa təmsilçisinin forması ilə ümumilikdə 40 oyuna çıxıb, 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.













