08 Avqust 2026, 12:54
FUTBOL
"Liverpul" uruqvaylı müdafiəçi Ronald Arauxonun "Barselona"dan 1 illik icarəsi dövründə onun bütün maaşını ödəyəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, tərəflər 27 yaşlı oyunçunun keçidi üçün bütün sənədləri imzalayıblar. Müqaviləyə uruqvaylı futbolçunun transfer hüquqlarının məcburi olmayan satınalma bəndi də daxil edilib.
Arauxo avqustun 9-da yeni komandasının düşərgəsinə yollanacaq.
Arauxo "Barselona"nın birinci kapitanıdır və 2018-ci ildən bu klubun strukturundadır.













