"Real"ın baş məşqçisi Joze Mourinyo geri dönüşündən sonra ötən mövsüm komandada bir çox problemlərə yol açan oyunçuların intizamı ilə daha ciddi məşğul olmaq qərarına gəlib.

Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bir çox yeni qaydalar tətbiq edib.

Artıq Madrid klubu oyunçulara daha çox təsir göstərəcək, həmçinin qayda pozuntularına görə onları cəzalandıracaq. Xüsusilə, dəyişikliklər qidalanmaya şamil olunacaq. Oyunçuların səhər yeməyi və qəlyanaltı menyusunu klubun diyetoloqu tərtib etməyə başlayıb.

Bundan əlavə, məşqçilər heyəti və oyunçular birlikdə nahar edəcəklər. Gecikmələrə görə cəza sistemi də dəyişib. Futbolçular məşqin başlamasına 1 saat qalmış bazaya gəlməlidirlər. Qayda pozuntusuna görə komandadan ayrı, idman zalında əlavə fərdi iş nəzərdə tutulub.

Bu, statusundan asılı olmayaraq bütün oyunçulara şamil edilir ki, bu da əsas ulduzları intizama dəvət etməlidir. Mourinyo zədələrdən sonra bərpa prosesinə nəzarəti də gücləndirib. Klubdan kənarda özəl mütəxəssislərə müraciət etmək artıq qadağandır, reabilitasiya prosedurları isə səhər və axşam bazada keçirilməlidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest