Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia Lionel Messinin milli komandadakı karyerasını mümkün başa vurması barədə danışıb.

Matc.az xəbər verir ki, AFA rəhbəri verdiyi açıqlamada Messinin qərarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb:

"Bu, onun üçün tamamilə şəxsi qərardır. Biz onu rahat buraxmalıyıq. 2022-ci ildə onun 2026-cı ildə oynayıb-oynamayacağını bilmirdik. O, oyundan-oyuna irəliləmək lazım olduğunu söyləmişdi və zənnimcə, dünya çempionatında Leonun əla, bəlkə də ən yaxşı versiyasını gördük. Biz ona futboldan həzz almağa davam etmək imkanı verməliyik, daha sonra isə doğru hesab etdiyi qərarı qəbul etməsinə şərait yaratmalıyıq".

Qurum rəhbəri Messinin 2026-cı il dünya çempionatındakı çıxışını da yüksək qiymətləndirib: "Bu, Leo üçün möhtəşəm bir dünya çempionatı oldu. Ondan böyük zövq aldıq və özümüzlə fəxr etməliyik. Mən hər andan həzz aldım. Şübhəsiz ki, o, dünya çempionatında bu komandanın lideri idi. Onun çıxışını təhlil etsək, mənim üçün o, ən yaxşı oyunçu idi. O, oyundan-oyuna rekordları təzələyirdi".

Qeyd edək ki, daha əvvəl Messinin bir daha ölkə milisində oynamaya biləcəyi barədə məlumatlar yayılsa da, argentinalı ulduz öz gələcəyi haqqında hələlik heç bir bəyanat verməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest