"Çelsi"nin baş məşqçisi Xabi Alonso London klubuna rəhbərlik etmək qərarına gəlməsinin səbəbini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, mütəxəssis seçimindən danışarkən bu fikirləri səsləndirib: "Niyə məhz "Çelsi"? Mən futbolu sevirəm, "Çelsi" isə dünyadakı ən böyük klublardan biridir. Bu imkanı qazandığım üçün qürur duyuram və bunu böyük şərəf hesab edirəm. Bu, nəhəng potensiala malik klubdur. İndi məqsədim uğur qazanmaqdır".

Alonso iyulun 1-də "Çelsi"nin baş məşqçisi təyin olunub və o, 2026-cı ildə komandaya rəhbərlik edən üçüncü mütəxəssisdir. 2025/2026 mövsümünün ilk yarısında klubu idarə edən italiyalı Entso Mareskanın gedişindən sonra bu vəzifəni Liam Rosentyor və Kalum Makfarleyn icra ediblər.

Xabi Alonso özü isə ötən mövsümə "Real"ın baş məşqçisi kimi başlayıb və 2026-cı ilin yanvarında İspaniya klubundan ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest