07 Avqust 2026, 22:00
FUTBOL
Əlcəzairli yarımmüdafiəçi ismael Bennaser "Milan"ı tərk edib.
Matc.az xəbər verir ki, bu barədə İtaliya komandasının mətbuat xidməti rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilir ki, yolların ayrılması barədə qərar tərəflərin qarşılıqlı razılığı əsasında qəbul olunub.
Daha əvvəl Bennaserin Qətər çempionatından "Əl-Qarafa" klubuna keçməyə yaxın olduğu bildirilirdi.
Əlcəzairli futbolçunun "Milan" ilə müqaviləsi gələn ilin yayına qədər nəzərdə tutulmuşdu. Ötən mövsümü icarə əsasında Zaqreb "Dinamo"sunda keçirən Bennaser 2019-cu ilin yayından İtaliya komandasında çıxış edirdi. O, 2021/2022 mövsümündə "Milan" ilə ölkə çempionu olub.













