Braziliya millisinin dayaq yarımmüdafiəçisi Fabinyo "Əl-İttihad"dan ayrılıb.

Matc.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Fabinyo müqavilə müddəti başa çatdıqdan sonra "Əl-İttihad"ı azad agent statusunda tərk edib.

32 yaşlı braziliyalı futbolçu Səudiyyə Ərəbistanı təmsilçisində 2023-cü ilin yayından, 40 milyon funt-sterlinq qarşılığında "Liverpul"dan transfer olunduğu vaxtdan bəri çıxış edirdi.

3 il ərzində Fabinyo "Əl-İttihad"ın heyətində bütün turnirlərdə 111 matçda meydana çıxıb və 7 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest