"Barselona"nın sabiq futbolçusu Serji Roberto "Los-Anceles Qalaksi"yə keçməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı ispaniyalı yarımmüdafiəçi ABŞ klubu ilə şifahi razılıq əldə edib. Hazırda tərəflər sazişin rəsmi şəkildə rəsmiləşdirilməsinə hazırlaşırlar.

Maliyyə şərtlərinin təfərrüatları və müqavilənin müddəti hələlik açıqlanmır. Roberto bu yay son iki mövsümü çıxış etdiyi İtaliyanın "Komo" klubundan azad agent kimi ayrılıb.

Serji daha çox "Barselona"dakı çıxışları ilə tanınır. Kataloniyalıların heyətində 373 matça çıxan oyunçu 19 qol vurub və 43 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest