07 Avqust 2026, 19:16
FUTBOL
Madrid "Real"ının argentinalı vinqeri Franko Mastantuono "Fiorentina"nın oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, söhbət 2026/27 mövsümünü əhatə edən icarə müqaviləsindən gedir və sözləşmədə satınalma variantı nəzərdə tutulmayıb.
Mastantuononun "Real" ilə hazırkı müqaviləsi 2031-ci ilin iyun ayının sonuna qədərdir, "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.
Argentinalı vinger 2025-ci ilin yayından bəri "Kral klubu"nda çıxış etsə də, əsas heyətin vacib oyunçusuna çevrilə bilməyib. O, İspaniya klubunun forması ilə meydana çıxdığı 35 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.













