Serbiya millisinin hücumçusu Duşan Vlahoviç karyerasını Madridin "Atletiko" klubunda davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Bildirilir ki, hazırda "Atletiko" Aleksander Serlotu satmağa çalışır və onun transferindən 40 milyon avro qazanmaq niyyətindədir.

Əgər İspaniya klubu norveçli hücumçunun satışını reallaşdıra bilsə, Vlahoviçi heyətinə qatmaq üçün rəsmi addımlar atacaq.

Norveçli futbolçu ilə ən yaxından maraqlananlar isə Türkiyə klublarıdır. İyunun sonunda "Yuventus"la müqaviləsi başa çatan Vlahoviç hazırda azad agent statusundadır.

Serbiyalı futbolçunun karyerasını davam ettirmək üçün digər variantları arasında yenidən Turin klubuna qayıtmaq və ya "Beşiktaş"a keçmək variantı da var.

Serbiya millisinin üzvü 2022-ci ilin yanvarından "Yuventus"da çıxış edirdi. O, bu müddət ərzində bütün turnirlərdə 168 matçda meydana çıxıb və 68 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest