Almaniyanın "Bavariya" və İngiltərənin "Aston Villa" klubları arasında keçirilən yoldaşlıq görüşü başa çatıb.

Matc.az xəbər verir ki, komandalar Çinin Honkonq şəhərindəki "Kay Tak İdman Parkı" stadionunda qarşılaşıblar.

Görüş "Bavariya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 37-ci dəqiqədə Münhen təmsilçisinin müdafiəçisi Kim Min Ce açıb. 74-cü dəqiqədə "Bavariya"nın hücumçusu Luis Dias fərqlənərək komandasının üstünlüyünü artırıb. "Aston Villa" bu qollardan birinin əvəzini 83-cü dəqiqədə yarımmüdafiəçi Joao Qomesin sayəsində çıxa bilib.

Xatırladaq ki, "Bavariya" 2025/2026 mövsümündə Almaniya çempionatını 34 oyundan 89 xal toplayaraq birinci pillədə başa vurub. "Aston Villa" isə İngiltərə Premyer Liqasının ötən mövsümünü turnir cədvəlinin dördüncü pilləsində tamamlayıb və 38 matçda 65 xal qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest