Hans-Diter Flik "Barselona"nın Rodri ilə müqavilə imzalamaq qərarında həlledici rol oynayıb.

Matc.az xəbər verir ki, bu barədə "Sport" nəşri məlumat yayıb.

Bildirilir ki, almaniyalı mütəxəssis şəxsən klub rəhbərliyindən "Mançester Siti"nin yarımmüdafiəçisini transfer etməyi xahiş edib. Daha sonra o, 30 yaşlı futbolçuya zəng edərək kataloniyalıların idman layihəsi barədə ətraflı məlumat verib və bu söhbətdən sonra ulduz oyunçu keçidə razılıq verib.

Flik hesab edir ki, komandada ən yüksək səviyyəli matçlara oraktikası olmuş təcrübəli oyunçu çatışmır. Baş məşqçi belə bir profilin xüsusilə Çempionlar Liqasının həlledici mərhələləri və mövsümün sonu üçün vacib olduğunu düşünür.

Robert Levandovskinin gedişindən sonra komandada lider ehtiyacı daha da qabarıq büruzə verib. "Barselona" rəhbərliyi Rodrinin gəlişinin Mark Bernalın inkişafına mane olmayacağına, əksinə, onların birlikdə eyni heyətdə oynaya biləcəyinə və sıx təqvimdə yükün balanslaşdırılacağına inanır.

Qeyd edək ki, daha əvvəl yarımmüdafiəçi ilə "Real"ın da maraqlandığı bildirilsə də, Fliklə danışıqdan sonra ulduz futbolçu seçimini məhz "Barselona"dan yana edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest