Qazaxıstan Futbol Federasiyası milli komandanın baş məşqçisi vəzifəsi üçün niderlandlı mütəxəssis Con vant Sxip ilə razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, niderlandlı mütəxəssisin təyinatı qurumun nizamnaməsinə uyğun olaraq, İcraiyyə Komitəsinin təsdiqindən sonra rəsmiləşəcək. Yaxın günlərdə keçiriləcək iclasın ardınca baş məşqçi ilə rəsmi müqavilə imzalanacaq.

Qazaxıstan millisinin məşqçilər korpusunda Nurbol Jumaskaliyev və Eldos Axmetov köməkçi məşqçi, Yuri Novikov qapıçılar üzrə məşqçi, Vadim Borovski fiziki hazırlıq üzrə məşqçi, Timur Kusainov isə analitik kimi yer alacaqlar.

Məşqçilik karyerasına "Ayaks" sistemində başlayan Con vant Sxip müxtəxif illərdə Amsterdam təmsilçisi ilə yanaşı, "Tvente", "Zvolle", Meksikanın "Qvadalaxara" və Avstraliyanın "Melburn Siti" klublarına rəhbərlik edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest