"Tottenhem" mərkəzi müdafiəçisi Miki van de Ven ilə müqavilənin uzadılması barədə şifahi razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı mərkəzi müdafiəçinin komandada saxlanılmasında klubun baş məşqçisi Roberto De Dzerbi mühüm rol oynayıb. İtaliyalı mütəxəssis üçün van de Ven, Pedro Porro kimi, onun oyun sxemində olduqca vacib fiqurdur.
Niderlandlı oyunçunun İngiltərə klubu ilə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Xatırladaq ki, o, 2023-cü ilin yayında 40 milyon avro qarşılığında Almaniyanın "Volfsburq" klubundan London təmsilçisinə keçib.
Ötən 2025/26 mövsümündə Miki van de Ven meydana çıxdığı 45 matçda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.













