"Monako"nun vingeri Maqnes Akliuş PSJ klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, Paris klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə 2031-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb və komandada 11 nömrəli formada çıxış edəcək.

Fransalı futbolçunun "Monako"dan transferi PSJ-yə 50 milyon avroya başa gəlib.

Qeyd edək ki, Akliuş ötən mövsüm bütün turnirlərdə 43 matçda meydana çıxıb, yeddi qol vurub və 11 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest