Cənubi Koreya milli komandasının ötürücüsü Dayonq Li 2026/2027-ci illər mövsümündə "Turan" voleybol klubunun heyətinə qoşulub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Koreya voleybolunun tanınmış simalarından olan Dayonq Li yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında Tovuz təmsilçisinin uğurları üçün mübarizə aparacaq. Karyerası ərzində ölkəsində "Suvon Hyundai" və "İnçhon Heunqkuk Life" klublarında çıxış edən 30 yaşlı oyunçu zəngin legioner həyatına malikdir. O, Yunanıstanın PAOK və "Panionios", Rumıniyanın "Rapid Buxarest", Fransanın "Volero Le Kanne" və ABŞ-nin "San Diyeqo Mojo" komandalarının formasını geyinib.
Qeyd edək ki, 2013-2021-ci illərdə Cənubi Koreya yığmasının əsas üzvlərindən olan voleybolçu dünya çempionatı, Millətlər Liqası, Asiya çempionatı və Olimpiya oyunlarının təsnifat turnirlərində iştirak edib. O, karyerası ərzində dörd dəfə ölkəsində və Asiya çempionatında "ən yaxşı ötürücü" seçilib, həmçinin Koreya V-Liqasının "All-Star" matçının ən dəyərli oyunçusu (MVP) adını qazanıb.











_1786037777.jpg)

