"Marsel"in mərkəz müdafiəçisi Fakundo Medina yaxın vaxtlarda "Bayer"in oyunçusu olacaq.
Matc.az xəbər verir ki, insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, Leverkuzen klubu 27 yaşlı argentinalı futbolçu üçün 23 milyon avro ödəyəcək, daha 2 milyon avro isə bonus şəklində nəzərdə tutulub. Bütün lazımi sənədlərin mübadiləsi başa çatdıqdan sonra tərəflər transferi rəsmiləşdirəcək və futbolçu "Bayyer"lə müqavilə imzalayacaq.
Qeyd edək ki, Medina 2025-ci ilin yayında ilkin olaraq icarə əsasında "Lans"dan "Marsel"ə keçib. Sonradan Fransa klubu müdafiəçi üçün 18 milyon avro ödəyərək onun transfer hüquqlarına birdəfəlik sahib çıxıb.
O, 2025/2026-cı illər mövsümündə bütün turnirlərdə 26 matçda meydanda olub və bir məhsuldar ötürmə ilə yadda qalıb.











_1786037777.jpg)

