İtaliyanın "Roma" klubu 30 yaşlı yarımmüdafiəçisi Lorentso Pelleqrini ilə müqavilənin müddətini uzatmaq barədə razılıq əldə edib.
Matc.az xəbər verir ki, insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, yeni sözləşmə 2027-ci il iyunun 30-na qədər qüvvədə olacaq. Hazırda tərəflər arasında şifahi razılıq əldə edilib. Klub və futbolçu bütün sənədlərin yoxlanılmasını gözləyirlər, bundan sonra rəsmi imzalanma mərasimi baş tutacaq. O, 2017-ci ildə "Roma"ya qayıdıb və ümumilikdə paytaxt təmsilçisinin heyətində 349 matçda meydana çıxaraq 62 qol vurub.
Qeyd edək ki, Pelleqrininin hazırkı müqaviləsinin müddəti 2026-cı il iyunun 30-da başa çatır. "Canavarlar"ın yetirməsi olan futbolçu 2015-ci ilə qədər bu komandada çıxış edib.






_1786037777.jpg)






