"Borussiya" klubunun və Almaniya millisinin yarımmüdafiəçisi Feliks Nmeça karyerasını İngiltərənin "Nyukasl" komandasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilir ki, klublar arasında artıq aktiv danışıqlar aparılır. Dortmund təmsilçisi futbolçunun satışı qarşılığında 100 milyon avro tələb edir. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Nmeça "Nyukasl"da London "Arsenal"ına keçməyə yaxın olan Brunu Qimaraesi əvəzləyə bilər.
Qeyd edək ki, Nmeça 2023-cü ildən "Borussiya"da çıxış edir. O, bu müddət ərzində bütün turnirlərdə 112 oyuna çıxıb, 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əvvəl "Mançester Siti" və "Volfsburq" klublarının da formasını geyinmiş 25 yaşlı yarımmüdafiəçinin aktivində Almaniya millisində keçirdiyi 12 oyunda vurduğu 2 qol var.





_1786037777.jpg)







