"Qarabağ"ın futbol akademiyasında yeni təyinatlar gerçəkləşib və 2026-2027-ci illər mövsümündə aşağı yaş qrupları üzrə komandaları çalışdıracaq məşqçilər bəlli olub.
"Qarabağ"ın futbol akademiyasında yeni təyinatlar gerçəkləşib və 2026-2027-ci illər mövsümündə aşağı yaş qrupları üzrə komandaları çalışdıracaq məşqçilər bəlli olub.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, akademiya koordinatoru Aftandil Hacıyevin rəhbərliyi altında fəaliyyət göstərəcək mütəxəssislərin siyahısı müəyyənləşib. Yeni qərara əsasən, əvəzedici komandanın baş məşqçisi vəzifəsi Maksim Medvedevə tapşırılıb. U-19 komandasına Rəşad Sadiqov, U-17-yə isə Samir Musayev rəhbərlik edəcək. Koordinator köməkçiləri və seleksionerlər funksiyasını isə İlkin Hüseynov, Yaşar Hüseynov, Vəli Hüseynov və Baba Əsgərov yerinə yetirəcəklər.
Digər yaş qrupları üzrə baş məşqçi təyinatları isə aşağıdakı kimidir:
U-16: Emin Mollayev
U-15: Asif Əlizadə
U-14: Elçin Rəhimli
U-13: Şöhrət Yusifov
U-12: Ülvi Tarverdiyev
U-11: Asiman Yusubov
U-10: Əlibəy Məmmədli
U-9: Salman Atluxanov
U-8: Əziz Mikayılov













