Alman mütəxəssis Mattias Yayssle "Nyukasl"ın baş məşqçisi vəzifəsinə təyin edilib.

Matc.az xəbər verir ki, İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı almaniyalı mütəxəssislə bağlanan müqavilənin şərtləri və müddəti açıqlanmayıb. Tərəflər arasında imzalanan sözləşmə 3 illikdir və 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacağı bildirilir.

"Nyukasl"ın baş məşqçisi postunda Yayssle cari ilin iyul ayının sonunda vəzifəsindən ayrılan Eddi Haunu əvəzləyib. O, 2021-ci ilin noyabrından komandaya rəhbərlik edirdi.

Yaysslenin son iş yeri 2023-cü ildən rəhbərlik etdiyi "Əl-Əhli" klubu olub. Mütəxəssis daha əvvəl "RB Leypsiq", "Brondbyu", "Lifering" və "Zaltsburq" klublarının strukturunda da fəaliyyət göstərib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest