"Bayer"in və Almaniya millisinin əfsanəvi qapıçısı Manuel Noyer 2026/27 mövsümünün sonunda oyunçu karyerasını başa vuracaq.
Matc.az xəbər verir ki, bu barədə "Bayern & Germany" nəşri məlumat yayıb.
Bildirilir ki, Noyer may ayında Münhen klubu ilə müqaviləsinin müddətini 2027-ci ilin yayına kimi uzadıb. 40 yaşlı veteran idmanda daha 1 il qalmağa qərar verib, çünki o, karyerasını Çempionlar Liqasında qələbə ilə başa vurmaq üçün yaxşı şanslarının olduğunu düşünür.
Noyerin "Bayer"də əsas qapıçı statusunda xələfi onun hazırkı dublyoru Jonas Urbiq olacaq. Artıq 2026/27 mövsümü ərzində o, əsas qapıçı roluna hazırlanacaq və ona xüsusilə vacib oyunlarda daha çox oyun praktikası veriləcək.
Noyer həmçinin Almaniya millisinə qayıtmasından peşman deyil. O, yığmanın heyətində 2026-cı ilin dünya çempionatında uğursuz çıxış edib və komandası 1/16 finalda Paraqvaya uduzaraq mübarizəni dayandırıb.













