"Qarabağ"la matçda özümü ən yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm".
"Dinamo"nun müdafiəçisi Aleksey Siç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi iddialı açıqlamalar verib.
Matc.az xəbər verir ki, kiyevlilərin yeni transferi mətbuat konfransında Ağdam təmsilçisi ilə görüş barədə fikirlərini bölüşüb.
"Əlbəttə, PAOK-a məğlubiyyət üzücü oldu. Amma qarşımıza qoyduğumuz məqsədə doğru irəliləməyə davam edirik. Komandada əhval-ruhiyyə yaxşıdır, döyüşkəndir. "Qarabağ"a qarşı ən yaxşı oyunumuzu göstərməyə hazırıq. Komandaya uyğunlaşmışam. Heyətdə yer alan futbolçuların bir çoxunu Ukrayna millisindən tanıyırdım. "Qarabağ"la matçda özümü ən yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Dinamo" - "Qarabağ" matçı sabah, Bakı vaxtı ilə saat 21:00-da Polşadakı "Lublin Arena"da start götürəcək.
Komandalar arasında cavab matçı isə avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.













