Əfsanəvi sabiq hücumçu Canfranko Dzola İtaliya Futbol Federasiyasında rəhbər vəzifəyə gətirilib.

Matc.az xəbər verir ki, bu barədə "Football Italia" nəşri məlumat yayıb.

Bildirilir ki, eyni zamanda Liqa Pro-nun vitse-prezidenti olan Dzola gənclərin inkişafı üzrə koordinator vəzifəsini icra edəcək.

Onun təyinatını İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malaqo da təsdiqləyib: "Biz Ranyeri ilə birlikdə Dzolanı dəvət etməyi çox istəyirdik. Lakin bu seçimimizi Liqa Pro-nun prezidenti Matteo Marani ilə də razılaşdırdıq. Bu səbəbdən Canfranko həm də Liqa Pro-nun vitse-prezidenti vəzifəsində qalacaq".

Daha əvvəl Dzolanın İtaliya millisinin nümayəndə heyətinin rəhbəri ola biləcəyi barədə məlumatlar yayılsa da, o, fərqli vəzifəyə təyin olunub.

Sabiq futbolçu 1991–1997-ci illərdə İtaliya yığmasının heyətində 35 matça çıxıb, 10 qol vurub və 1994-cü ildə keçirilən dünya çempionatının gümüş mükafatçısı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest