"Napoli"nin və Belçika millisinin ulduz hücumçusu Romelu Lukaku mövsümöncəsi toplanışda komandaya qoşulmayacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, belçikalı futbolçunun agenti müştərisinin başqa kluba transferi üzərində işləyir.

Hücumçu İtaliya klubunun planlarına daxil deyil, neapollular onun üçün 10 milyon avro almaq istəyirlər. 33 yaşlı belçikalının müqaviləsi 2027-ci ilin yayına kimidir.

Oyunçu ilə klub arasındakı münasibətlər ötən mövsümün sonunda pisləşib. Belə ki, Lukaku Belçika millisinin düşərgəsindən qayıtdıqdan sonra komandanın bazasına gəlməyib və zədəsini fərdi şəkildə bərpa edib.

Xatırladaq ki, Romelu 2024-cü ilin yayında "Napoli"yə keçib. O, komandanın heyətində 45 matça çıxıb, 15 qol vurub və 11 qolun ötürməsini verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest