İspaniyalı müdafiəçi Miqel Qutyerres İtaliyanın "Napoli" klubundan Almaniyanın "Bayer" komandasına keçib.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Leverkuzen təmsilçisi ispan sol müdafiəçisi Miqel Qutyerreslə rəsmi müqavilə imzalayıb. 25 yaşlı oyunçu klubla 2031-ci il iyunun 30-na kimi müqavilə bağlayıb.

Madrid "Real"ının yetirməsi olan Qutyerres bir il əvvəl "Jirona"dan İtaliyaya köçüb və "Napoli"də 36 matça çıxaraq əsas heyət oyunçusuna çevrilib.

Neapol təmsilçisi ötən mövsümü A Seriyasında ikinci pillədə başa vurub. İtaliya çempionatının 2025/2026 mövsümündə Qutyerres 28 matçda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında 5 oyunda iştirak edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest