05 Avqust 2026, 11:08
FUTBOL
Tanınmış serbiyalı vinger Filip Kostiç PSV-nin oyunçusu olacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, müqavilənin bütün şərtləri artıq razılaşdırılıb. Bu gün isə Kostiç PSV-də tibbi müayinədən keçəcək.
Müqavilə 2 il müddətinə – 2028-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub. Kostiç PSV-yə azad agent statusu ilə keçəcək, çünki onun "Yuventus" ilə müqaviləsi cari ilin iyun ayının sonunda başa çatıb.
33 yaşlı serbiyalı 2022-ci ilin yayından Turin klubunda çıxış edirdi. Bu müddət ərzində o, bütün turnirlərdə 112 oyuna çıxıb, 6 qol vurub və 16 qolun ötürməsini verib.
O, 2024/25 mövsümünü icarə əsasında Türkiyənin "Fənərbaxça" klubunda keçirib.













